...

Paris klubu "Beşiktaş"a təklif göndərib

İdman Materials 3 Yanvar 2026 17:48 (UTC +04:00)

Bakı. Trend:

"Beşiktaş"ın müdafiəçisi Feliks Uduoxay karyerasını Fransada davam etdirə bilər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "Paris" almaniyalı futbolçunu transfer etmək istəyir. Parislilər Uduoxay üçün İstanbul klubuna rəsmi təklif göndərib. Liqa 1 təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Super Liqa nəhəngi təcrübəli oyunçunu 4-5 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Feliks Uduoxay bu mövsüm "Beşiktaş"ın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti