Bakı. Trend:
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasında tarixi göstəriciyə imza atıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis İtaliya çempionatında 1000 xal həddini keçən üçüncü baş məşqçi olub.
A Seriyasının 19-cu turunda “Roma” səfərdə “Leççe”ni 2:0 hesabı ilə məğlub edib.
Bildirilib ki, qələbəyə görə üç xal sisteminin tətbiq olunduğu dövrdə (1994/1995 mövsümündən etibarən) Qasperinidən əvvəl bu göstəriciyə yalnız iki məşqçi nail olub. Bunlar hazırda “Yuventus”u çalışdıran Luçano Spalletti və “Milan”ın baş məşqçisi Massimiliano Alleqridir.
Qeyd edək ki, Can Pyero Qasperini “Roma”ya 2025-ci ilin yayında baş məşqçi təyin olunub. Paytaxt klubu hazırda 19 oyundan sonra 36 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
