...

"İmişli" hücumçusu ilə yollarını ayırıb

İdman Materials 7 Yanvar 2026 19:46 (UTC +04:00)
"İmişli" hücumçusu ilə yollarını ayırıb

Bakı. Trend:

"İmişli" hücumçu İbrahim Əliyevlə yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, İbrahim Əliyev mövsümün ilk yarısında "İmişli"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti