...

PSJ turnir cədvəlində ikinci yerə düşdü

İdman Materials 15 Fevral 2026 05:27 (UTC +04:00)
PSJ turnir cədvəlində ikinci yerə düşdü

Bakı. Trend:

"Lans" futbol klubu Fransa çempionatının 22-ci turunda səfərdə "Paris"i 5:0 hesabı ilə məğlub etdi.

Trend-in məlumatına görə, qolları Uesli Said (24-cü, 38-ci dəqiqələr), Florian Tovin (58, penalti), Rayan Fofana (90, 90+5) vurublar.

"Lans" 52 xal toplayaraq turnir cədvəlində birinci yerə yüksəlib, "Pari Sen-Jermen" isə ikinci yerə düşüb. Ötən gün PSJ "Renn"ə 1:3 hesabı ilə məğlub olmuşdu.

"Paris" komandası isə 22 xalla 15-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti