...

Azərbaycan Rusiyaya kömək etdi

İqtisadiyyat Materials 24 Avqust 2016 16:45 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən gücü 3800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerjisistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmamazlığı yaranıb. 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.

Azərenerji” ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib.

Bildirilir ki, Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq  200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib.

 

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti