İnvestisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin təqdimatı keçirilib (FOTO)

İnvestisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin təqdimatı keçirilib (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin bu gün ictimai təqdimat keçirib.

Trend-in məlumatına görə, tədbirin təşkilində başlıca məqsəd adı çəkilən fərmana uyğun olaraq yeni mərhələdə özəlləşdirilməyə çıxarılmış müəssisələrə xarici investisiyaların cəlb edilməsi, ölkəmizdə investisiya imkanlarının daha da genişləndirilməsidir. Bununla yanaşı, belə yatırımlar hesabına özəlləşdiriləcək müəssisələrin gələcək potensialını gücləndirmək, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək və yeni iş yerlərinin açılmasını təmin etməkdir.

Tədbirdə qeyd edilib ki, ölkədə aparılan uğurlu iqtisadi islahatların mühüm istiqamətlərindən biri kimi dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, yeni mərhələdə özəlləşdiriləcək dövlət müəssisələrində effektiv iş prinsiplərinin, korporativ idarəetmənin, həmçinin nou-hau-ların tətbiqi əsas prioritetdir. Həmçinin bildirilib ki, ölkəyə investisiya yatırılması məqsədi ilə xarici şirkətlərin dəvət edilməsində beynəlxalq məsləhətçilər mühüm rol oynayır.

Resbulikanın müxtəlif iqtisadi zonalarında yerləşən və iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 10-a yaxın iri dövlət müəssisəsinin, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” ASC, “Bakı Elektroavtomat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Mingəçevir Regenerat” ASC-nin təqdimatı keçirilib. Belə müəssisələrin iqtisadi xarakteristikası, profili, maliyyə vəziyyəti, yerləşdiyi ərazi, nizamnamə kapitalı, istehsal həcmi, satışa çıxarılan səhm sayı, digər iqtisadi və texniki göstəriciləri barədə məlumat verilib. Həmçinin, bu müəssisələrə investisiya qoyuluşunun üstünlükləri və bu müəssisələrin gələcək potensialı nəzərə çatdırılıb. Tədbirdə bu müəssisələrin yaranma tarixi, istehsal etdiyi məhsulların çeşidi, hazırkı istehsal həcmi barədə məlumatlar verilib. İnvestorlar üçün maraq doğuracaq məlumatlar sırasında belə müəssisələrin xammal təminatı, əsas istehsal sahələri və onların xarakteristikasını əks etdirən məlumatlar da olub. Habelə istehsal olunan məhsulların adı və çeşidi, müəssisədə çalışan işçilərin sayı, müəssisənin ümumi torpaq sahəsi və tikilialtı sahəsi, müəssisənin bazardakı çəkisi barədə də məlumatlar investorlara çatdırılıb.

Bildirilib ki, bu müəssisələr haqqında məlumatları Əmlak Məsələləri Dövlət Komitəsinin privatization.az adlı özəlləşdirmə portalında almaq mümkündür.

Bu müəssisələrlə yanaşı, komitə tərəfindən yeni elan edilmiş hərraclarda ümumilikdə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində yerləşən 190 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb. Bunlardan 75-i nəzarət səhm paketinin 30% hissəsi hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən dağ-mədən, kimya, metallurgiya, maşınqayırma sənayesi, kənd təsərrüfatı, inşaat, tikinti, nəqliyyat və s. sahələri əhatə edir. Dövlət əmlaklarının 89-u isə kiçik dövlət müəssisə və obyekti, qalan qismi isə nəqliyyat vasitələridir. Ümumilikdə, hərraclara xidmət, ictimai iaşə və digər sahələri əhatə edir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr vardır.

Bütün hərrac elanları və investisiya müsabiqələri komitənin rəsmi internet səhifəsində və “Mülkiyyət” qəzetində, dövlət əmlakları ilə bağlı mətn və foto məlumatlar isə Özəlləşdirmə Portalında yerləşdirilib.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən hərraclarda istənilən yerli və xarici investorlar iştirak etməklə, əmlakın qiymətini banklar vasitəsi ilə ödəyərək hərraca çıxarılan obyektləri ala bilər. Bu isə öz növbəsində iri sahibkarlığın inkişafı ilə yanaşı, özəlləşdirilməyə çıxarılan kiçik müəssisə və obyektlərin əldə edilməsi nəticəsində orta portfelli sahibkarlıq təbəqəsinin daha da genişləndirilməsinə imkan yaradır.

Özəlləşdirmə prosesində ictimai aşkarlığın və şəffaflığın təmin edilməsi, özəlləşdirmə prosedurlarının elektronlaşdırılması məqsədilə komitə tərəfindən fəal işlər aparılır. Bildirilib ki, hərraclarda iştirak etmək üçün hazırda sifarişləri elektron xidmət vasitəsilə vermək mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi və hərracların tamamilə elektron müstəviyə keçirilməsi təmin olunacaqdır. “Onlayn hərrac”lar xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etmək imkanı yaradacaqdır.

Qeyd olunub ki, istənilən xarici investor komitənin yeni istifadəyə verdiyi özəlləşdirmə portalına girməklə qısa müddət ərzində Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə haqqında məlumat əldə edə bilir. Gündəlik olaraq portalı ziyarət edənlərin sayı günbəgün artmaqdadır və indiyədək 50 min nəfərdən çox ziyarət sayı qeydə alınıb. Bununla yanaşı, potensial investorların hər hansı sualları yaranarsa, onların operativ cavablandırılması üçün portalda “online chat” (onlayn məsləhət) imkanı da yaradılıb.

Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
Loading Bars
Xəbər lenti
Bakı Slavyan Universitetinin müəllim və tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
“Eliş” ləqəbli narkotacir saxlanıldı, 300 min manatlıq narkotik aşkarlandı (FOTO)
Qazi kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib (FOTO)
Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı
Azərbaycanda ölüm hallarının sayı açıqlanıb
“Rabitəbank” 2020-ci ili 12% artımla başa vurub (FOTO)
Ağsu aşırımında yol buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi
Baş Prokurorluğun "İnstagram" səhifəsi rəsmi təsdiqləndi
Ronaldu daha bir rekorda imza atdı
Bakıya ilk qar yağdı (FOTO)
Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb
Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
Portuqaliyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsi artıb - Statistika
Nyu-Yorkda hərbi helikopter qəzaya uğrayıb
Bayden bir sıra sərəncamlar imzaladı - ABŞ ÜST-yə qayıdır, Paris İqlim Sazişi çərçivəsində öhdəliklərini yenidən üzərinə götürür
Almaniyada təkrar koronavirusa yoluxan şəxs ölüb
İsraildə koronavirusa yoluxanların sayı 574 min nəfəri ötüb
ÜST: Dünyada ötən sutka koronavirusa 496 mindən çox yoluxma qeydə alınıb
"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu
Britaniyada bir sutkada koronavirusdan 1 820 nəfər ölüb
Bayden Den Smiti dövlət katibi təyin edib
Türkiyədə son sutkada koronavirusdan 5 932 nəfər sağalıb
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Bütün xəbərlər