...

"Darvin bankası" yatağında yeni quyu istismara verilib

İqtisadiyyat Materials 1 Sentyabr 2016 12:20 (UTC +04:00)
"Darvin bankası" yatağında yeni quyu istismara verilib

Bakı. Trend:

“Darvin bankası” yatağındakı 720 nömrəli özüldən 766 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 1429-1412 metr intervaldan sutkalıq 7 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti