...

Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi Böyük İpək yolunu canlandıracaq

İqtisadiyyat Materials 9 Noyabr 2016 14:46 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu tarixi Böyük İpək yolunu canlandıracaq.
Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi Böyük İpək yolunu canlandıracaq

Bakı, Orxan Quluzadə - Trend:

Bakı-Tbilisi-Qars dəmir yolu tarixi Böyük İpək yolunu canlandıracaq. Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, bu layihə vasitəsilə Türkiyənin Çinə birbaşa yolu açılacaq.

Bundan əvvəl, Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunun ölkənin logistika sektoruna milyardlarla dollar gəlir gətirəcəyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti