Bakı. Trend:
İran 2017-ci ilə qədər Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması üzrə işləri yekunlaşdıracaq.
Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra deyib: "Sənəd yekunlaşmaq üzrədir, bir az nahamarlıq var, amma İran Xəzəryanı dövlətlərin rəhbərlərinin 2017-ci ildəki sammitinə qədər onu imzalamağa hazırdır".
Qeyd edək ki, bir qədər əvvəl Moskva bəyan etmişdi ki, gələn ilin əvvəlində Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanacağını real hesab edir.