Strateji Yol Xəritəsi Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətliliyini təmin edəcək

Strateji Yol Xəritəsi Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətliliyini təmin edəcək

Bakı. Trend:

Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək.

Bunu Trend-ə Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanını şərh edərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər.

Bildirilib ki, qeyri-resurs sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir:

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin memarlığı ilə milli iqtisadiyyatın əsas inkişaf istiqamətləri elan edilib, uğurlu neft strategiyası həyata keçirilib, infrastruktur yaradılıb, iqtisadi təhlükəsizliyin əsas elementləri - enerji, maliyyə, ərzaq və nəqliyyat təhlükəsizliyi təmin edilib, əhalinin rifah halı yaxşılaşdırılıb, özəl sektorun rolu gücləndirilib və Azərbaycanın dünya iqtisadi düzənində özünəməxsus mövqeyi müəyyənləşdirilib.

Prezident İlham Əliyev tərəfindən uğurla aparılan davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

İqtisadi islahatlara sistemli yanaşmanı təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılıb. Həmin Sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib. Yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1 000-dən çox yazılı təklif verilib. Strateji yol xəritəsinin hazırlanmasında Nobel mükafatçılarından başlamış, Azərbaycanın sadə vətəndaşlarına qədər ən müxtəlif insanlarla müzakirələr aparılıb. Hətta on-line qaydada təkliflər verilməsi üçün də imkanlar yaradılıb. Aparılan inklüziv müzakirələr Strateji yol xəritəsinin həqiqətən də mükəmməl bir sənəd olmasını təmin edib.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.

Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaq. Strateji yol xəritəsində strateji baxışa uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.

Fərmanla müəyyən edilib ki, strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirir. Eyni zamanda, fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinə görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məsul olacaq.

Azərbaycan Prezidentinin Administrasiyası hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək. Həmçinin, Prezident Administrasiyası fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutacaqlar".

Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Çernoqoriya turistlərə sərhədlərini açır
Çernoqoriya turistlərə sərhədlərini açır
Loading Bars
Xəbər lenti
Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev
Avropa bankı Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üçün iki kredit tranşı ayırıb
Azərbaycan əhalisi 4 ayda alış-verişə 12 milyard manat xərcləyib
Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür - Peskov
İranda koronavirusdan ölənlərin sayı 77 mini ötüb
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq
TAP vasitəsilə hidrogen tədarükü üzrə investisiya təklifi təqdim olunub
Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır - Naqif Həmzəyev
Sabahın hava proqnozu açıqlanıb
“Xarıbülbül” festivalı Azərbaycan mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirdi
"SOCAR Energy Ukraine" premium yanacağın satışını bərpa edib
Azərbaycanda yüksək maaş verilən sahələr açıqlandı
Azərbaycanda 13 mindən çox müəllim iş yerini dəyişmək istəyir
Sabah güclü külək əsəcək
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur (VİDEO)
Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub (VİDEO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi konfransların qalibləri müəyyənləşib (FOTO)
FHN yanğınla bağlı əhaliyə müraciət edib (VİDEO)
SOCAR-ın Kulevi terminalında daha bir çən tikilir
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Toyların keçirilməsi hansı halda mümkün ola bilər? - Komitə sədri açıqladı
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Bakıdakı məhşur restoran nöqsanlara görə bağlandı
SOCAR-ın Gürcüstandakı neft terminalından bitum məhsulları yola salınacaq
İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb (FOTO)
Son 4 ayda 9 mindən çox piyada cərimələnib
Ali məktəblərdə yaz imtahan sessiyası distant keçiriləcək
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası
Xəzərdə qazma qurğusunun modernləşdirilməsi başa çatıb
3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edilib
2030-cu ilə qədər piyada zonaları genişləndiriləcək - Yeni layihə hazırlanıb
Bakıda marşrut avtobuslarının 50 faizi yenilənib - Agentlik sədri
ADU-da "Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah" adlı seminar keçirilib
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
Tərtərdə qadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Qəbələnin Nic qəsəbəsində yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
Astarada apteki qarət edən şəxs saxlanılıb
Ötən həftə 140 hektara yaxın ərazi minalardan təmizlənib
Azərbaycanda 250 kilometr uzunluğunda velosiped yolu çəkiləcək
Bərpa olunan enerji mənbələrindən istifadədə dövlətin vəzifələri müəyyənləşib
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib
Bərpa olunan enerji üzrə qiymətlər bu qaydalarla müəyyənləşdiriləcək
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (VİDEO)
Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edilib
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır
AzTV-dən maliyyə yoxlaması barədə açıqlama
DSX əməkdaşlarının öldürülməsilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olundu
Azərbaycan İtaliyaya yeni məhsul ixracına başlayıb
İki xəstəxanada kobud pozuntular aşkarlanıb - Sənədlər prokurorluğa göndərilib
İranda güclü zəlzələ olub, yaralılar var
Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı
Salyanda 5 kəndin yolu yenidən qurulur (FOTO)
Mayın 17-də xarici valyutaların manata qarşı məzənnələri
Hipertoniyadan əziyyət çəkənlərin yarısının öz xəstəliyindən xəbəri yoxdur - SN
Şəkidə ağır yol qəzası, ölən var
Şagirdlər uzun fasilədən sonra yenidən məktəbə yollanıb (FOTO)
Şuşa dirçəlir: Çoxtərəfli turizm potensialı şəhərin şöhrətini daha da artıracaq
Azərbaycanın Türkiyədən hazır geyim idxalı artıb
Göyçayda yük avtomobili yanıb
Tokio Olimpiya Oyunlarının ləğv edilməsinə Yaponiyada rekord sayda səs verilib
COVID-19 Belçika-Azərbaycan münasibətlərində müsbət dinamikaya mane olmayıb - Səfir
ABŞ Yaxın Şərq münaqişəsinin iştirakçıları ilə danışıqlara davam edəcək - Co Bayden
ABŞ-da yük qatarı relsdən çıxdı
Entoni Blinken və Jan-İv Le Drian Yaxın Şərq və Dağlıq Qarabağı müzakirə ediblər
İsrail ordusu Livanla sərhəddəki səd divarı yaxınlığında fələstinlilərə atəş açıb
Türkiyədə koronavirusdan sağalanların sayı 4,94 milyonu ötüb
Qüds yaxınlığındakı sinaqoqda tribunanın çökməsi nəticəsində yaralıların sayı artıb
Kanadada atışma nəticəsində ən azı beş nəfər yaralanıb
Qüds yaxınlığında sinaqoqda tribunanın çökməsi nəticəsində 160-dan çox insan xəstəxanaya yerləşdirilib
Samuxda "Təmiz hava" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Dünyada ötən sutka koronavirusa 658 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bu gündən məktəblər açılır
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Qüdsün yaxınlığında sinaqoq tribunası çöküb, ölənlər var
Azərbaycan xarici ticarətdə müsbət saldoya nail olub
İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Kürdəmir rayonunda "VAZ" yanıb
Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır - Deputat
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadına fiziki zorakılıq edən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Bütün xəbərlər