...

Azərbaycanlı avtosevərlərə yeni model təqdim olunacaq (FOTO)

İqtisadiyyat Materials 26 Dekabr 2016 19:38 (UTC +04:00)
Uzun müddətdir Azərbaycan avtomobil sevərləri tərəfindən səbrsizliklə gözlənilən "Gac" markasının "GS 4" modeli artıq Azərbaycandadır.
Azərbaycanlı avtosevərlərə yeni model təqdim olunacaq (FOTO)

Bakı. Trend:

Uzun müddətdir Azərbaycan avtomobil sevərləri tərəfindən səbrsizliklə gözlənilən "Gac" markasının "GS 4" modeli artıq Azərbaycandadır.

Şirkətdən Trend-ə verilən məlumata görə, ekonomik şəhər SUV-i olan "GAC GS 4" dekabr ayının 29-da yerli avtosevərlərə təqdim olunacaq.

Avtomobilin əsas üstünlüklərindən biri yanacaq sərfiyyatının aşağı olmasıdır. 1.3 turbo mühərrik ilə təchiz olunmuş "GAC GS 4" yeddipilləli transmissiyaya sahibdir. Məhz bu səbəbdən də avtomobil istər şəhərdaxili, istərsə də kənar yollarda yanacağa qənaət edir.

Müasir dövrün avtomobili adlandırılan "GS4" modeli Asiya regionu üzrə təhlükəsizlik testlərindən uğurla çıxıb. Elə bu səbəbdən avtomobil 5 ulduz təhlükəsiz avtomobil (C-NCAP) statusu qazanıb.

Son günlər bir çox ölkələrdə "GAC GS 4" modelinin təqdimat mərasimləri keçirilir.

Azərbaycan da bu tədbirlərədən geri qalmır. Modelin Bakı təqdimatı Park Bulvar AVM-də keçiriləcək. 29 dekabr saat 17:00 da start götürəcək tədbir iki hissədən ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti