...

"Expressbank" "Visa" kart sahiblərinə eksklüziv təkliflər elan edir

İqtisadiyyat Materials 13 Yanvar 2017 14:26 (UTC +04:00)
"Expressbank"ın "Visa" kartları ilə hətta dünyanın ən iri miqyaslı festivallardan biri olan Dubay Şoppinq Festivalı müddəti ərzində sərfəli alış-veriş etmək, ən lüks otellərdə otaq sifariş etmək çox sərfəlidir.
"Expressbank" "Visa" kart sahiblərinə eksklüziv təkliflər elan edir

Bakı. Trend:

"Expressbank"ın "Visa" kartları ilə hətta dünyanın ən iri miqyaslı festivallardan biri olan Dubay Şoppinq Festivalı müddəti ərzində sərfəli alış-veriş etmək, ən lüks otellərdə otaq sifariş etmək çox sərfəlidir. Bankdan Trend-ə verilən məlumata görə, Dubay Şoppinq Festivalı müddətində müştərilər "Expressbank"ın "Visa" kartları ilə inanılmaz təkliflər aləminə yollanmaq imkanını əldə edəcəklər və ən əsası Jumeirah otellərində 25%-dək endirimlə otaq sifarişi edə biləcəklər.

Təklif 01-28 yanvar 2017 tarixləri ərzində Visa kartı ilə ödəniş şərtilə keçərlidir. Qeyd edək ki, "Expressbank"ın plastik kartlarına sahib olmaq istəyən müştərilər "Visa Electron" kartlarını 6 AZN, "Visa Classic" kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə "Visa Gold", 800 AZN ilkin mədaxil ilə isə "Visa Platinum" kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya "ExpressClub" layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq "ExpressPay" ödəniş terminalı vardır. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti