...

Qubanın Qam-qam kəndinə təbii qaz verilib

İqtisadiyyat Materials 8 Fevral 2017 13:02 (UTC +04:00)
Quba rayonunun Qam-qam kəndinə təbii qaz verilib.
Qubanın Qam-qam kəndinə təbii qaz verilib

Bakı. Trend:

Quba rayonunun Qam-qam kəndinə təbii qaz verilib.

“Azəriqaz”İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Quba rayonunun Qam-qam kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 296 abonenti olan Quba rayonunun Qam-qam kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 215 metr müxtəlif diametrli polietilen, həmçinin ümumi uzunluğu 22 258,5 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 296 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Quba rayonunun Rustov kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti