...

"Uber" Bakıda sevgililər günündə serenada sifariş verməyi təklif edir

İqtisadiyyat Materials 13 Fevral 2017 13:18 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 14-də sevgililər günü münasibəti ilə “Uber” şirkəti “UberSERENADA” adlı birgünlük unikal aksiya həyata keçirəcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, yalnız sözügedən gün ərzində saat 12:00-dan 16:00-dək “Uber” istifadəçiləri sevdikləri insan üçün “Uber” tətbiqi vasitəsi ilə əsl serenada sifariş etmək imkanını əldə edəcəklər.

Sevgililər üçün seranadanı peşəkar musiqiçilər, hətta musiqi kollektivləri (vokal ansambllar, gitara və saksofon ifaçıları) ifa edəcək (“Jam Group”, “The owl and the lark” və “Retro Jazz Band” qrupları, gitarada solo ifaçı Fəxri). Müsiqiçilərin repertuarı sevgi haqqında məşhur romantik mahnılardan ibarətdir. Hər ifa beş dəqiqəyə yaxın davam edəcək. Bununla yanaşı, sevgililər musiqiçilərdən xatirə həddiyəsi olaraq valentinkalar alacaqlar.

“UberSERENADA” sifariş etmək üçün tətbiqdə slayderi eyni adlı opsiyaya çəkmək lazımdı. Bakıda “UberSERENADA”nın dəyəri 20 manat təşkil edəcək. Yeni istifadəçilər “UberSERENADA”nı güzəştlə – 10 manata əldə edə biləcəklər. Bunun üçün “Uber” tətbiqini yükləmək və “BakuSerenada” promokodunu yığmaq lazımdır.

“UberSERENADA” opsiyasını Bakı şəhərinin administrativ sərhədləri çərçivəsində istifadə etmək mümkün olacaq. Fevralda hava şəraiti şiddətli olduğundan müsiqiçilər serenadaları yalnız qapalı məkanlarda ifa edəcəklər. “UberSERENADA”nı sevdiyiniz insan üçün yaşadığı məkana, kafe, restoran, kinoteatr, gözəllik salonu, ticarət mərkəzinə və bu kimi yerlərə sifariş etmək mümkün olacaq.

“UberSERENADA” aksiyası 2015-ci ildən etibarən həyata keçirilir və ənənəvi olaraq yüksək tələbata malikdir. Əgər ilk dəfədən sifariş edə bilmədinizsə, üzülməyin və bir daha cəhd edin!

Aksiyada necə iştirak etmək olar:

1. Fevralın 14-də saat 12:00-dan 16:00-dək “Uber” tətbiqini açın. Əgər telefonunuzda “Uber”’ tətbiqi yoxdursa proqramı əvvəlcədən “AppStore”, “Google Play” və ya “Windows Market”dən yükləyin.
2. Ekranın aşağı hissəsindəki “UberSERENADA” opsiyasını seçin.
3. Serenada ifa olunacaq ünvan.
4. “UberSERENADA” sifariş edin.
5. “UberSERENADA” sürücüsündən zəngi gözləmək. Sürücü sizinlə əlaqə saxlayacaq ki, bütün lazımlı detalları dəqiqləşdirsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti