...

Vergilər Nazirliyinin Tədris Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

İqtisadiyyat Materials 20 Fevral 2017 12:46 (UTC +04:00)
Bu gün Vergilər Nazirliyinin Tədris Mərkəzinin İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülməsi ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirib.
Vergilər Nazirliyinin Tədris Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

Bakı. Trend:

Bu gün Vergilər Nazirliyinin Tədris Mərkəzinin İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülməsi ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə 2016-cı ilin iyul ayından başlanılıb. Mərkəzin beynəlxalq standartlara uyğunluğunun müəyyən edilməsi məqsədilə Almaniyanın “TUV Thuringen e.V” şirkətinin Azərbaycan ofisi tərəfindən audit aparılıb. Audit zamanı Mərkəzin idarəetməsinin, tədrisin keyfiyyətinin, resurslardan istifadənin, aparılan tədris siyasətinin, Tədris Mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, Mərkəzin maddi-texniki təchizatının beynəlxalq standartlara uyğunluğu yoxlanılıb. Auditin nəticələrinə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.

Brifinqdə vurğulanıb ki, Tədris Mərkəzinin keyfiyyətli idarəetmə sahəsində beynəlxalq sertifikasiyadan keçmək təşəbbüsü təlim siyasətinin daha da təkmilləşdirilməsi, bir sıra dövlət orqanları, ali məktəblər, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığın aparılması, Mərkəzin gələcəkdə regional akademiya statusu alması məqsədini daşıyır.

Ə.Həsənovun sözlərinə görə, son illər ərzində vergi sahəsində aparılan islahatlar, vergi inzibatçılığının daim təkmilləşdirilməsi, işin günün tələbləri səviyyəsində qurulması vergi orqanlarında insan resurlarının idarəolunmasının təkmilləşdirilməsini zəruri edib. Hazırda nazirliyin bütün sahələrini əhatə edən tədris proqramı vergi orqanı əməkdaşlarının fasiləsiz təhsil almasını təmin edir. Vergilər Nazirliyinin Tədris Mərkəzində vergi əməkdaşları ilə yanaşı, bələdiyyələrə, vergi ödəyicilərinə, vergi dostlarına da müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir.
Brifinqdə KİV nümayəndələrinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti