Bakı. Trend:
İstehlakçıların maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir bu gün Bakı İslam Universitetində keçirilib.
“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 100-dən artıq müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində maarifləndirmənin əhəmiyyəti qeyd olunub, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçı hüquqlarına dair məlumatlar verilib.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara maarifləndirici materiallar paylanıb.