...

Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına martın sonu başlana bilər

İqtisadiyyat Materials 24 Fevral 2017 18:42 (UTC +04:00)
Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində hökumətlərarası saziş imzalanıb.
Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına martın sonu başlana bilər

Bakı. Trend:

Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində hökumətlərarası saziş imzalanıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov Cibutinin Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə tərəflər Azərbaycan və Cibuti arasında ikitərəfli əlaqələri, həmçinin ölkələrimiz arasında ticarət əlaqələrinin perspektivlərini müzakirə ediblər.

Görüşün yekunlarına əsasən Cahangir Əsgərov və Mahmud Əli Yusuf mülki aviasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası saziş imzalanıb.

İmzalanmış saziş iki ölkə arasında müntəzəm sərnişin və yük daşımalarını həyata keçirməyə imkan verəcək ki, bu da öz növbəsində beynəlxalq münasibətlərin iqtisadi və mədəni inkişafına kömək edəcək.

Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına martın sonu - aprelin əvvəlində başlamaq planlaşdırılır.

Cahangir Əsgərov qeyd edib ki, bundan öncə Cibuti Prezidenti İsmail Ömər Qelle ilə görüşdə əldə olunmuş razılaşmaya əsasən ilk reyslə Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 tona qədər məhsulları göndəriləcək. Azərbaycan məhsullarının yeni bazarda təqdimatı ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin başlaması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti