Nazir: Vergilərin həcminin artması güclü maliyyə bazasının formalaşmasına şərait yaradıb (FOTO)

Nazir: Vergilərin həcminin artması güclü maliyyə bazasının formalaşmasına şərait yaradıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransı keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova təşkilatın Azərbaycanın dövlət qurumları ilə apardığı konstruktiv dialoqdan məmnunluğunu bildirərərk, bu konfransın da görülən işlərin növbəti bariz nümunəsi olduğunu qeyd edib. O bildirib ki, ölkəyə yatırılan investisiyaların 80%-i 250-dən artıq yerli və xarici şirkəti özündə birləşdirən bu Palatanın payına düşür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını vurğulayıb və bu sahədə həyata keçirilən islahatların artıq müsbət nəticələr verməyə başladığını qeyd edib. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində ciddi dəyişikliklər aparıldığını və vergi inzibatçılığını təkmilləşdirdiyini diqqətə çatdıran Z.Səmədzadə Azərbaycan iqtisadiyyatının inkişaf etməsində və ölkəmizin maliyyə qüdrətinin yüksəlməsində vergi sisteminin böyük əhəmiyyəti olduğunu, vergilərin həcminin ilbəil artmasının ölkəmizdə güclü maliyyə bazasının formalaşmasına şərait yaratdığını, aparılan islahatların ölkədə biznes fəallığının, sahibkarlıq subyektlərinin sayının və iqtisadiyyatın qeyri-neft sektorundan daxil olan vergilərin artmasına səbəb olacağını bildirib.

Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələrə görə onlara öz təşəkkürünü bildirərək qeyd edib ki, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.

Nazir AmCham-la birlikdə keçirilən vergi konfranslarının artıq ənənəyə çevrildiyini vurğulayaraq, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsində müstəsna rol oynadığını, AmCham-la Vergilər Nazirliyinin münasibətlərinin səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.

“Şəffaflığa doğru birlikdə” adı altında təşkil olunan vergi konfransının devizinin müasir çağırışlara söykəndiyini vurğulayan F.Məmmədov Vergilər Nazirliyinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətlərin qurulması niyyətlərini açıq bəyan etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Vergilər naziri vergi orqanlarında administrasiyanın təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası istiqamətində aparılan islahatlarla bağlı məlumat verərək bildirib ki, yeni vergi sisteminin inzibatçılığı iki mühüm prinsipə söykənən müasir baxış bucağı üzərində qurulub. Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipidir. Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdan ibarətdir. Burada əsas yanaşma, kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

Digər mühüm prinsipin isə sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi olduğunu deyən F.Məmmədov qeyd edib ki, vergi orqanları vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçirilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin təqdim edilməsi əsas götürülüb.

Vergilər naziri Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması istiqamətində siyasətin bundan sonra da davam etdiriləcəyini, Vergilər Nazirliyinin biznes qurumları, xüsusilə də sahibkarları təmsil edən ictimai təşkilatlar və birliklərlə partnyorluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və daha da dərinləşdirilməsində maraqlı tərəf olduğunu və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

AmCham-ın prezidenti Nuran Kərimov Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirərək AmCham-ın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb. O bildirib ki, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq 6-ci ildir ki, vergi partnyorluğu mövzusunda Konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür. N.Kərimov bu günkü görüşün məqsədinin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.

Sonra biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı panel müzakirələrində fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin moderatorluğu ilə keçən “Vergi xidmətlərinin islahatlarda rolu” mövzusunda panel müzakirələri zamanı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinovun “Vergi inzibatçılığında islahatlar və struktur təkmilləşdirilməsi”, “Azərsun Holding”-in Baş İcraçı Direktoru Savaş Uzan və ’Deloitte & Touche” MMC-nin Vergi üzrə direktoru Emil Qarayevin “Şəffaf vergi uçotu”, “Mastercard” şirkətinin ölkə meneceri Alper Meriçin və EY-ın Baş Vergi meneceri Zaur Qurbanovun “Nağdsız ödənişlər və onların faydaları”, BP-nin Regional Vergi və Gömrük xidmətləri üzrə Meneceri Ceyhun Məmmədovun və PwC şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayevin “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi və könüllü əməletmə” mövzularında təqdimatları dinlənilib.
“Societe Generale Banking Group”-un Azərbaycan və Qazaxıstan nümayəndəliyinin rəhbəri Teybə Quliyevanın moderatorluğu ilə keçirilən növbəti paneldə isə Vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədovun “Vergi xidmətləri vergi sistemində aparılan islahatlarda lokomotiv rolunda”, “Rabitəbank”ın İdarə Heyətinin sədri Elçin Qədimovun və “KPMG Azərbaycan”-ın Partnyoru, Vergi və Hüquq departamentinin rəhbəri Müşfiq Əliyevin “Vergi tənzimləməsinin maliyyə sektoruna təsiri”, “Baker Tilly Azerbaijan”-ın Vergi və Hüquq xidmətləri üzrə baş meneceri Azər Əkbərovun “Transfer qiymətləri, “BDO Azerbaijan”-ın Hüquq xidmətinin direktoru Sabit Abdullayevin “Vergidən yayınmanın qarşısının alınması: praktiki çətinliklər” mövzusunda təqdimatları dinlənilib.

Konfransın sonunda Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, “Deloitte & Touche”, ”EY Azərbaycan”, “PwC Azərbaycan” və “KPMG Azərbaycan” arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Tədbirdə AmCham-ın üzvləri, diplomatik korpusun nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər.

Bitkoin 4 faiz bahalaşıb
Bitkoin 4 faiz bahalaşıb
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
Loading Bars
Xəbər lenti
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarını xatırladır
Təhsil naziri qəzada ölən tələbələrdən yazdı
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb (FOTO)
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Bakı Ali Neft Məktəbinin 9 yaşı tamam olur
Rusiyada bir gündə koronavirusa 26 mindən çox yoluxma olub, 368 nəfər ölüb
Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh
Kür-Araz ovalığında bataqlıqlar artır
Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib
Hotellərə ulduz veriləndə koronavirusla bağlı qoruyucu tədbirləri də nəzərə alınacaq - Yenilik
Sülhməramlılar üçün yüklərin Azərbaycan vasitəsilə daşınması ərazi bütövlüyümüzə hörmətin nümunəsidir - Deputat
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)
Avstriyanın müdafiə naziri koronavirusa yoluxub
Tibb Universitetinin qəzada həlak olan tələbələri (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq
Zərdabda evi tərk edən daha bir COVİD-19 xəstəsinə cinayət işi başlandı
Cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın azad edilməsi reallığına inanır - Ekspert
Daha 3 koronavirus xəstəsi saxlanılıb
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
Baş nazir Modi Hindistanı bütün dünyanın əzcaçısı olmağa ruhlandırır
Co Bayden ayağını sındırıb
Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov (MÜSAHİBƏ)
Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
“Qərb demokratiyası”: Aysberqin görünən və görünməyən tərəfləri
BTQ-nin Qars Logistika Mərkəzində işlər yekunlaşıb (FOTO)
Bakının əsas magistrallarında sürət həddi endirildi
ATU-nun 3 tələbəsi qəzada həlak oldu, biri ağır yaralandı
Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq
Noyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)
Braziliyada koronavirusa yoluxanların sayı 6,3 milyon nəfəri ötüb
Bütün xəbərlər