...

"Mastercard" və "Uber" Bakıda birgə aksiya keçirir

İqtisadiyyat Materials 24 Aprel 2017 12:12 (UTC +04:00)
Beynəlxalq ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” və beynəlxalq texnologiya şirkəti “Uber” Bakıda birgə aksiyaya start verib.
"Mastercard" və "Uber" Bakıda birgə aksiya keçirir

Bakı. Trend:

Beynəlxalq ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” və beynəlxalq texnologiya şirkəti “Uber” Bakıda birgə aksiyaya start verib.

“Mastercard”dan Trend-ə verilən məlumata görə, sözügedən aksiya çərçivəsində hər bir yeni “Uber” istifadəçisi ilk iki gediş üçün 10 AZN-dək endirim əldə edəcək. Kampaniya cari ilin iyulun 17-dək davam edəcək.

Aksiyada iştirak etmək üçün mobil telefona “Uber” tətbiqini yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də yükləmək mümkündür), qeydiyyatdan keçmək, “Mastercard” kart vasitəsilə ödəniş etmək, “Promokodlar” bölməsində “MastercardBaku” promokodunu daxil edib, lazımi ünvana sifariş vermək lazımdır.

Aksiyada “Uber” tətbiqində yalnız “Mastercard” kartı vasitəsilə qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər.

Onu da qeyd edək ki, “Uber” və “Mastercard” şirkətləri 2016-cı ildə də bir neçə birgə kampaniyanı uğurla həyata keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti