...

“Grant Thronton” işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətinə görə Ermənistandakı törəməsinə xəbərdarlıq edib

İqtisadiyyat Materials 10 May 2017 16:53 (UTC +04:00)
“Grant Thronton” Ermənistandakı törəməsinə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğunu bildirib
“Grant Thronton” işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətinə görə Ermənistandakı törəməsinə xəbərdarlıq edib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi tərəfindən mərkəzi ofisi Londonda yerləşən “Grant Thronton” beynəlxalq şirkətinin törəmə şirkəti olan “Grant Thronton Ermənistan”ın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi barədə araşdırma aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, apaşdırmalar zamanı “Grant Thronton Ermənistan” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Hayastan Fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib.

Bununla əlaqədar, "Grant Thronton İnternational Ltd" şirkətinin Azərbaycan üzrə nümayəndəsi İqtisadiyyat Nazirliyinə dəvət edilərək "Grant Thronton Ermənistan" və "Grant Thronton Fransa" şirkətlərinin Ermənistanın Hayastan Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, Hayastan Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq İqtisadiyyat Nazirliyinə məlumat verilməsi diqqətə çatdırılıb.

Şirkətin mərkəzi ofisindən "Grant Thronton Ermənistan"a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti