...

"Caspian Development Bank" ADİF-in reyestrindən çıxarılıb

İqtisadiyyat Materials 9 İyun 2017 09:42 (UTC +04:00)
"Caspian Development Bank" ASC ("CDB Bank") Əmanətlərin Sığortalanması Fondunun üzv banklarının reyestrindən çıxarılıb.
"Caspian Development Bank" ADİF-in reyestrindən çıxarılıb

Bakı. Trend:

"Caspian Development Bank" ASC ("CDB Bank") Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) üzv banklarının reyestrindən çıxarılıb.

Bu barədə Trend Fond-a istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, 4 fevral 2015-ci il tarixdə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Caspian Development Bank" ASC ("CDB Bank") "AtaBank" ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Əmanətlərin Sığortalanması Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib.

Bununla Fonda üzv bankların sayı 31 olub.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqtətinə çatdırır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti