...

Qaradağ rayonu ilə Çinin Şenzen şəhəri arasında niyyət protokolu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 30 İyun 2017 17:41 (UTC +04:00)
Qaradağ rayonu ilə Çin Xalq Respublikasının Şenzen şəhəri arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə niyyət protokolu imzalanıb.
Qaradağ rayonu ilə Çinin Şenzen şəhəri arasında niyyət protokolu imzalanıb (FOTO)

Bakı. Trend:

Qaradağ rayonu ilə Çin Xalq Respublikasının Şenzen şəhəri arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə niyyət protokolu imzalanıb.

Qaradağ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiyasiyasının sədri Chen Zhiyonq və onu müşaiyət edən nümayəndə heyətinin 27-30 iyun tarixlərində ölkəmizə işgüzar səfəri çərçivəsində iyunun 27-də Bakı şəhəri Qaradağ rayonunda işgüzar görüş keçirilib

Çinli qonaqlar rayonun Lökbatan qəsəbəsində ucaldılmış Ümumilli lider Heydər Əliyevin əzəmətli büstü önünə tər gül dəstələri qoyaraq xatirəsi böyük ehtiramla yad edilib. Qonaqlar Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin həyatını və onun siyasi fəliyyətini əks edən fotostendlə tanış olub, nümayəndə heyətinə Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və xalqımız qarşısında misilsiz xidmətləri haqda ətraflı məlumat verilib.

Həmin gün Çin nümayəndə heyəti Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən qəbul edilib və nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə qonaqları səmimi salamlayan S.Mikayılov ötən son 25 il ərzində Çin və Azərbaycan arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən geniş məlumat verib.

Ötən müddət ərzində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, Dövlət Proqramlarının uğurlu icrası, qeyri-neft sektoru və sənayenin inkişafı, ölkənin iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti və yerli və xarici iş adamlarının fəaliyyəti üçün tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun zəngin sənaye potensialı, sosial-iqtisadi inkişafı və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında geniş məlumat verilib.

Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiyasiyasının sədri Chen Zhiyonq dəvət və səmimi qəbul üçün rayon İcra Hakimiyyəıtinin başçısı S.Mikayılova nümayəndə heyyəti adından təşəkürünü bildirib, həmçinin keçirilən görüşün əhəmiyyəti və gələcək inkişaf prespektivləri haqda geniş məlumat verib. Chen Zhiyonq ölkələr arasında möcvud əlaqələrdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Görüşdə ölkələr arasında mövcud olan iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalanıb.

Görüşdə ölkənin iqtisadiyyatını, turizmini və Qaradağ rayonunun sənaye potensialını, sosial-iqtisadi inkişafını, eyni zamanda Şenzen şəhərinin iqtisadiyatını və turizmini əks etdirən video-rolik nümayiş etdirilib.

Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb, çinli iş adamlarının ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırılmasına dəvət edilib və bu əlaqələrin qarşılıqlı davam etdirilməsi qərara alınıb. Səfər çərçivəsində çinli nümayəndə heyəti Heydər Əliyev Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Gəmiqayırma Zavodunun fəaliyyəti ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti