...

"Kapital Bank" 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib

İqtisadiyyat Materials 21 İyul 2017 12:37 (UTC +04:00)
"Kapital Bank" filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küç., 24 ünvanında yerləşən Gəncə filialı nəzdində müştərilər üçün 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib.
"Kapital Bank" 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib

Bakı. Trend:

"Kapital Bank" filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küç., 24 ünvanında yerləşən Gəncə filialı nəzdində müştərilər üçün 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib.

Bankdan Trend-ə verilən məlumata görə, yeni xidmət mərkəzidə 24 saat ərzində ödəniş terminalları vasitəsi ilə kommunal və bank ödənişləri, ATM vasitəsi ilə isə sürətli köçürmələrin qəbulu, nağd vəsaitin hesaba mədaxil və məxarici mümkün olacaq.

Region filialları üzrə ilk olan Gəncə 24/7 elektron xidmət mərkəzi onun göstəricisidir ki, "Kapital Bank" paytaxt ilə paralel Region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Bundan öncə Bakı üzrə Nərimanov, Mərkəz, 28 may, Qara Qarayev, İçərişəhər filiallarında 24/7 elektron xidmət mərkəzlərini istifadəyə verib. Ötən aydan etibarən həmçinin Abşeron, Sumqayıt, Şuşa, Əhmədli, Binəqədi və Bərdə filiallarında xarici ödəmə terminallarını quraşdırılıb. Həmin terminallar vasitəsi ilə müştərilər kredit ödənişləri, plastik kart hesablarına mədaxil, büdcə, rabitə, sığorta, kommunal ödənişləri həyata keçirə bilərlər.

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Buzovna, Dəmiryol, Lökbatan və ASAN Masallı şöbələri fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti