...

Xocahəsən-Lokbatan avtomobil yolu təmir olunur (FOTO)

İqtisadiyyat Materials 7 Avqust 2017 17:03 (UTC +04:00)
Xocahəsən-Lokbatan avtomobil yolunda cari təmir - bərpa işləri aparılır.
Xocahəsən-Lokbatan avtomobil yolu təmir olunur (FOTO)

Bakı. Trend:

Xocahəsən - Lokbatan avtomobil yolunun 9 - 13 km-lik hissəsində cari təmir- bərpa işləri görülür.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır.

Ümumilikdə təmizlənmiş hissələrə 10 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti