...

İndi “Uber”də səyahətləri bir neçə təyinat nöqtəsi ilə sifariş etmək mümkündür

İqtisadiyyat Materials 28 Avqust 2017 19:26 (UTC +04:00)
“Uber” beynəlxalq texnologiya şirkəti Azərbaycanda bir neçə təyinat nöqtəsi ilə səfər etmək imkanın yaradılmasını elan edir.
İndi “Uber”də səyahətləri bir neçə təyinat nöqtəsi ilə sifariş etmək mümkündür

Bakı. Trend:

Şəhər üzrə avtomobil sifarişi üçün eyniadlı mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Azərbaycanda bir neçə təyinat nöqtəsi ilə səfər etmək imkanın yaradılmasını elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Uber” platformasında 3%-dən 10%-dək gedişlərin hamısı bir neçə dayanacaqla həyata keçirilir. Əvvəlcədən bir neçə ünvan əlavə etmək imkanı sifariş prosesini həm istifadəçi, həm də sürücü üçün daha rahat edir, çünki indi tədbiqdə əvvəlcədən bir neçə dayanacaq seçib, öncədən məbləğ və səyahətin ümumi vaxtını öyrənmək mümkündür ki, bu da sürücüyə marşrutu daha rahat planlaşdırmağa kömək edir. Bir neçə ünvan ilə marşrut seçimi opsiyası onlarla daxili interfeys, dizayn və iOS və “Android” üçün tədbiqin üzərində işləyən komanda üzvlərinin böyük səyləri nəticəsində yaranıb.

Bir gediş çərçivəsində bir neçə dayanacaq sifariş etmək üçün “Uber” tətbiqində "Hara" bölməsində, sahənin yanındakı "+" işarəsinə basın, "Dayanacaq əlavə et" düyməsini seçin və ünvanı göstərin, bundan sonra seçimi təsdiq edin. İstifadəçi bir səfər zamanı 2 aralıq dayanacaq əlavə edə bilər (son təyinat nöqtəsi istisna olaraq). Ara ünvanları həm sifariş, həm də səfər zamanı əlavə etmək mümkündür. Eyni zamanda, planlar dəyişdiyi və sürücü göstərilən ara ünvanını təsdiq etmədiyi halda lazımsız dayanacaqları silmək mümkündür.

İstifadəçi bütün dayanacaqları əvvəlcədən qeyd etdiyi halda gediş haqqı səfərin ümumi vaxtına hər bir dayanacağa əlavə 3 dəqiqə əsasında hesablanacaq. Bu, tarif dəqiqliyini artırmaq və hər bir dayanacaq üçün əlavə vaxt hesablamaq üçün əvvəlcədən qiymətin hesablanmasında nəzərə alınır. İstifadəçi dayanacaqları səfər zamanı əlavə etsə və ya yeniləsə səfərin yekun dəyəri ümumi məsafədən və real vaxtdan asılı olaraq dəyişə bilər.

“Uber” şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax bildirib: "İnnovasiyalar “Uber” şirkətinin DNT-sinin ayrılmaz bir hissəsidir, buna görə də istifadəçilərdən tətbiqin mümkün qədər yaxşılaşdırılmasından və ya yeni xidmətlərin əlavəsi haqqında rəy aldığımızda onu diqqətlə yoxladıqdan sonra istifadəçi təcrübəsini daha rahat edəcək həllərin inkişafı ilə məşğul oluruq. Bu gün biz istifadəçilərə bir avtomobilin sifarişini daha rahat edəcək bir xidmət təqdim etməkdən xoşbəxtik hissi duyuruq".

Sürücülər isə ümumi marşrutu tətbiqdə əlavə dayanacaqlarla birlikdə görəcək. İlk ara nöqtəsində dayandıqdan sonra sürücü öz gəlişini təsdiqləməlidi, bundan sonra isə öz marşrutuna davam etməlidir; bundan əlavə, sürücünün tətbiqlə işi əsasən dəyişilməz qalacaq.

“Uber”dən istifadə etməyə başlamaq üçün tədbiqi uber.com/app ünvanından, “Android” üçün “Google Play”dən və ya iOS üçün “App Store”dan yükləmək gərəkdir.

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 77 ölkəsinin 600 şəhərində xidmətlərini göstərir. Uber missiyası - şəhər ətrafında, hərəkəti, su təchizatı kimi sadə, etibarlı və bütün sakinlər üçün əlçatan etməkdir. Biz 2009-cu ildə işimizi sadə bir tapşırıq həlli ilə başlamışıq - smartfonun ekranına bir neçə toxunuş ilə maşın sifariş etmək. Artıq biz ,8 il sonra, bütün dünyada beş milyardan çox gediş təmin etdik və indi daha da vacib problemlər üzərində işləyirik – şəhərlərdə avtomobilləri daha da rasional istifadə etməklə, tıxacların azadılması və atmosferin çirklənməsini azaldmaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti