Bakı. Trend:
Yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar bu gün 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.