...

Uğurlu biznesə “BSC Consulting & Outsourcing” şirkəti ilə addımlayın (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2017 16:23 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərində “Sülh Plaza” Biznes mərkəzində “BSC Consulting & Outsourcing" şirkətinin regional filialının açılışı baş tutub.

Şirkətdən Trend-ə verilən məlumata görə, açılışda şirkətin rəhbəriyi və müxtəlif qonaqlar iştirak edib. Yeni filialın yaranma məqsədi Sumqayıt şəhərində yerləşən şirkətlərə, bizneslərinin inkişafı üçün konsaltinq xidmətlərin göstərilməsidir.

Xatırladaq ki, “BSC Group” artıq 20 ilə yaxındır ki, yerli və xarici şirkətlərə hüquq, maliyyə, mühasibatlıq və insan resursları xidmətləri göstərərək bazardakı layiqli yerini qoruyur.

1997-ci ildən bu yana Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanaraq onların inkişafına öz tövhəsini verib.

Şirkətin əsas missiyası dünyanın aparıcı konsaltinq şirkətlərinin beynəlxalq təcrübəsindən istifadə edərək hər bir müştəriyə hüquq, mühasibatlıq, kadr və insan resursları, idarəetmə, marketinq xidmətləri sahəsində artan ehtiyaclarını yüksək səviyyədə təmin etməkdir.

Elə məhz bu sadalanan xidmətlərin daha da əlçatan olması üçün şirkət rəhbərliyi Sumqayıt şəhər filialının açılışını təşkil edib.

Açılışda “BSC Consulting & Outsourcing" şirkətinin rəhbəri İkram Mütəllimov şirkətin bugünə qədər gördüyü işlərdən, uğurlarından, müştərilərə göstərilən xidmətlərdən və gələcək planlarından danışıb.
Tədbirdə şirkətin müştəriləri də qonaq qismində iştirak edib. Onlardan “Technol”, “Powersoft Integration”, “İmplant Stomatology”, “Sumqayıt Texnologiyalar Parkı”, “Doktor Az Klinikası”, “Sumqa-lit Turizm”, “Dove” MMC və digər şirkət rəhbərləri çıxış edərək “BSC Consulting & Outsourcing" şirkət nümayəndələrini təbrik edərək uğurlar diləyiblər.

Lentlər kəsildikdən sonra baş tutan açılış mərasiminin rəsmi hissəsi bitdikdən sonra qeyri-rəsmi hissəsi başlamışdır. Qeyri-rəsmi hissə skripka müşayiəti ilə furşet ətrafında davam etmişdir.

Xəbər lenti

Xəbər lenti