...

Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsi razılaşdırılıb

İqtisadiyyat Materials 2 Mart 2018 16:14 (UTC +04:00)
Xəzəryanı ölkələr Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsini razılaşdırıb
Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsi razılaşdırılıb

Bakı. Taleh Mürsəqulov - Trend:

Xəzəryanı ölkələr Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsini razılaşdırıb.

Trend bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Moskvada Xəzərin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun 50-ci iclası keçirilib.

Azərbaycanı bu iclasda maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasın yekununda Konvensiyanın layihəsi razılaşdırılıb və rus, fars və ingilis dillərindəki mətnlərin Beşinci Xəzər sammiti zamanı imzalanması üçün hazırlanmasına başlanılıb.

Xüsusi İşçi Qrupunun növbəti iclası Qazaxıstanda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti