...

Coğrafiya İnstitutundan İRAD: Bakıda tikinti zamanı ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmır

İqtisadiyyat Materials 2 Mart 2018 16:24 (UTC +04:00)
Son vaxtlar Bakıda tikinti zamanı, konkret olaraq isə Bayıl yamacında ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlər nəzərə alınmır.
Coğrafiya İnstitutundan İRAD: Bakıda tikinti zamanı ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmır

Bakı. İlhamə İsabalayeva – Trend:

Son vaxtlar Bakıda tikinti zamanı, konkret olaraq isə Bayıl yamacında ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlər nəzərə alınmır.

AMEA Coğrafiya İnstitutundan Tremd-ə verilən məlumata görə, bunu institutun Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər deyib.

Bayıl yamacını tədqiq edən S.Tarixazər bildirib ki, ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlərinin nəzərə alınmaması nəticəsində bir müddətdən sonra sürüşmələr yaranır, tikililərdə çatlar və çökmə kimi hallar baş verir. Tədqiqatçı bildirib ki, tikinti zamanı işlər aktiv sürüşmə zonalarının təyini istiqamətində aparılmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin səbəbi relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi təbii və antropogen amillərin Bayıl zonasına təsirinin nəzərə alınmamasıdır.

Starə xanımın fikrinə görə, yeraltı sular sızmasının qarşısı alınması, torpağa olan təzyiqin azalması və burada meşə-park zonasının salınması kimi profilaktik tədbirlər görülərsə, artmaqda olan sürüşmə prosesinin fəallığını minimuma endirmək mümkündür.

Xəbər lenti

Xəbər lenti