...

Məşhur market sakinlərin məktubuna cavab verdi (FOTO)

İqtisadiyyat Materials 23 Mart 2018 12:01 (UTC +04:00)
"Topdan qiymətinə pərakəndə satış" şüarı ilə fəaliyyət göstərən OBA marketlər şəbəkəsi ucuz qiymətlərlə və keyfiyyətli məhsullarla bazarda müştəri rəğbətini qazanıb.
Məşhur market sakinlərin məktubuna cavab verdi (FOTO)

Bakı. Trend:

"Topdan qiymətinə pərakəndə satış" şüarı ilə fəaliyyət göstərən OBA marketlər şəbəkəsi ucuz qiymətlərlə və keyfiyyətli məhsullarla bazarda müştəri rəğbətini qazanıb.

Trend-in məlumatına görə, Avropa təcrübəsindən yararlanaraq ölkəmizdə ilk “Discount” marketlər şəbəkəsini yaradan OBA Azərbaycanın bütün bölgələrində, kəndlərində müştərilərinə xidmət göstərməyi hədəfləyir.

Oba marketlər şəbəkəsinin http://www.obamarket.az/ rəsmi saytına gün ərzində yüzlərlə təşəkkür və istək məktubları daxil olur. Belə məktublardan biri Şabran rayon Ağalıq kənd sakinlərindən gəlib (məktub olduğu kimi, redaktəsiz):

“Salam OBA marketlər şəbəkəsi. Sizdən bir xahişimiz var. Biz Şabran rayonu Ağalıq kəndində yaşayırıq. Bizim kəndimizin 7000-7500 əhalisi var. Bizim kənddə sizin OBA marketinizə böyük ehtiyacımız var. Bizim kənddə 5-6-ya yaxin xırda dükanlarımız var. Ancaq o dükanların satdıqları məhsullar hədsiz dərəcədə baha olduğuna görə burdan bazarlıq etmək kənd camatına sərf etmir. Biz bazarlıq etmək üçün ya Şabran rayonunda, ya da Xaçmaz rayonunda yerləşən OBA marketlər şəbəkəsinə gedəsi oluruq. Bizim kəndin 97%-98 % əhalisi OBA marketlər şəbəkəsindən bazarlıq edir. Sadəcə olaraq ora getmək yükləri gətirmək, taksi tutmaq üçün bizim əhali çox əziyyət çəkir. Sizdən bir xahişimiz budur ki, bizim kəndimizdə balaca da olsa, OBA market dükanlar şəbəkəsinin bir dükanını açardınız. Biz OBA marketlər şəbəkəsinin müştərisiyik və sizin marketdən çox məmnunuq. Bizim kənddə də OBA marketlər şəbəkəsinin bir filialı olmağına çox şad olardıq. Mən ozüm bu kənddə yaşayıram. Dükanın açılmasında başqa nə lazım olsa, canla-başla kömək etməyə hazıram. Oxuduğunuz üçün təşəkkür edirik və sizdən şad bir xəbər gözləyirik”.

Daxil olan bu məktubdan sonra OBA market kollektivi Şabran rayon Ağalıq kəndinə yollandılar. Yerli sakinlərlə görüşdülər. Market üçün uyğun yer müəyyənləşdirərək kənd əhalisinin səsinə səs verdilər. 20 mart 2018-ci il tarixində Novruz hədiyyəsi olaraq Ağalıq kəndində OBA market fəaliyyətə başladı.

Qeyd edək ki, OBA marketlər şəbəsində satılan məshsulların qiymətinin ucuz olmasının əsas səbəbi məhsulların istehsalçıdan birbaşa istehlakçıya arada heç bir vasitə olmadan çatdırılmasıdır. Şəbəkə yaradılan keyfiyyətə nəzarət sistemi nəticəsində satılan məhsulların keyfiyyətinə hər zaman diqqət edir, alıcılara kefiyyətdə və dadda digər markalardan geri qalmayan gündəlik tələbat məhsulları təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti