...

20 şirkətin bank hesabları donduruldu

İqtisadiyyat Materials 28 Mart 2018 13:41 (UTC +04:00)
Türkiyədə 20 şirkətin bank hesabları dondurulub.
20 şirkətin bank hesabları donduruldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə dələduzluqda ittiham olunan "Çiftlik Bank" ilə müqaviləsi olan 20 şirkətin bank hesabları dondurulub.

Trend-in məlumatına görə, hazırda daha 35 şirkətdə araşdırma aparılır.

Hesabı bloklanan şirkətlərin adları hələ açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl "Çiftlik Bank"ın təsisçisi olan 27 yaşlı Mehmet Aydın 77 843 nəfərin 511 milyon türk lirəsi dəyərində vəsaitini ələ keçirərək ölkədən qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti