...

Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinə dair protokol imzalayıb (FOTO)

İqtisadiyyat Materials 29 Mart 2018 17:23 (UTC +04:00)
Azərbaycan və Rusiya gömrük orqanları arasında işçi görüş keçirilib.
Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinə dair protokol imzalayıb (FOTO)

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsi və Rusiyanın Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.

DGK-dan Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb. Tərəflər xüsusilə kənd təsərrüfati məhsullarinin sərhədkeçmə prosesinin sürətli həyata keçirilməsi, sərhədkeçmə prosesində yaranan problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində müzakirələr aparıb.

Görüşün sonunda Azərbaycan və Rusiya arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti