...

Necdət Ünüvar: Azərbaycan və Türkiyə ortaq layihələrlə bəşəriyyətə xidmət edir (ÖZƏL)

İqtisadiyyat Materials 2 Aprel 2018 09:30 (UTC +04:00)
Azərbaycan və Türkiyə bölgədə həyata keçirdikləri ortaq layihələrlə bəşəriyyətə xidmət edir.
Necdət Ünüvar: Azərbaycan və Türkiyə ortaq layihələrlə bəşəriyyətə xidmət edir (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyə bölgədə həyata keçirdikləri ortaq layihələrlə bəşəriyyətə xidmət edir.

Bu barədə Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.

“Bilindiyi kimi, bu gün Türkiyə ilə Azərbaycan arasında çox önəmli layihələr həyata keçirilir. Hər iki dövlət müxtəlif sahələrdə sıx əməkdaşlıq etməkdədirlər. TANAP, Bakı-Tiflis-Qars dəmir yolu xətti, Bakı-Tiflis-Ceyhan neft boru xətti iki dövlət arasında həyata keçirilən önəmli layihələrdəndir” - deyə Ünüvar qeyd edib.

Millət vəkilinin sözlərinə görə, hal hazırda Azərbaycan iqitsadi baxımdan böyüyüb və güclənib.

“Qardaş ölkə olan Azərbaycan dünya əhəmiyyətli xarici siyasətə malikdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının keçici üzvü seçilib. Bakı Avropa oyunlarına, İslam Həmrəylik oyunlarına və Formula 1 yarışlarına ev sahibliyi edib. Dolayısı ilə bu gün Bakı, bütün dünyanın gözünü qamaşdıran möhtəşəm tədbirlərə ev sahibliyi etməkdədir”, - deyə Ünüvar bildirib.

Millət vəkili onu da əlavə edib ki, bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq.

“Azərbaycan bir yüzillikdə iki dəfə müstəqillik əldə edən nadir dövlətlərdən biridir”, - deyə o bildirib.

11 apreldə Azərbaycanda keçiriləcək Prezident seçkilərinə münasibət bildirən Ünüvar qeyd edib ki, bu seçkilər qardaş ölkənin rifahına xidmət edəcək və Azərbaycan bu seçkilərdən daha da güclü şəkildə çıxacaq.

Ünüvarın sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan möhtəşəm nailiyyətlər əldə edib və heç şübhəsiz işğal altında olan Azərbaycan torpaqları da gec-tez azad olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti