...

Kolumbun davamçıları - AsstrA ilə tütünün daşınması

İqtisadiyyat Materials 18 Sentyabr 2018 10:20 (UTC +04:00)
“AsstrA-A ssociated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq şirkətlər qrupudur.
Kolumbun davamçıları - AsstrA ilə tütünün daşınması

Bakı. Trend:

Yığma yükün tərkibində tütünün Avropaya daşınmasını ilk həyata keçirən Xristofor Kolumb olub, 500 ildən sonra isəm artıq dünyada il ərzində təqribən 8 milyon ton tütün istehsal olunur və daşınır. AsstrA Drinks and Tobacco Logistics-in mütəxəssisi Mariya Pobolovets ilə tütün və papiros, siqar və siqaretlərin logostikasının hazırda necə qurulması barədə söhbət etdik.

- Mariya, tütün məhsulunun “istehsalçının qapısından sifarişçinin qapısınadək” nəqli prosesi barədə bəhs edə bilərsinizmi?

- Əlbəttə, bu yaxınlarda verilən maraqlı sifarişlərdən birinin nümunəsi əsasında danışa bilərəm. AsstrA şirkəti mart ayında Belarus-Rusiya-Azərbaycan istiqaməti üzrə sifariş aldı. Bu bizim üçün heç də ən adi marşrut deyildi, çünki siqaretlərin Belarusdan ixracının əsas həcmi Ukrayna, Moldova, Rusya və Litvaya göndərilir.

Yük yüksəklikvidli olduğuna görə biz həmişə konvoy təklif edirik. Müştəri ilə razılıq əsasında müşayiəti təkcə Belarus Respublikası ərazisində deyil, həmçinin Rusiya ərazisində təşkil etmək qərara alınıb. Müşayiəti Belarusda təşkil etmək bu ölkənin qanunvericiliyinə əsasən mütləq sayılır. AsstrA-nın Belarus mühafizə xidmətləri ilə daimi əsasda əməkdaşlıq haqqında müqaviləsi var. Rusiyada sifariş əsasında münasib qiymət və şərtlər üzrə agentliyi operativ tapmaq mükün olub: öncədən sifariş, adekvat ödəniş şərtləri və müşayiətçilərin sayı.

Ardından etibarlı nəqliyyat tərəfdaşının axtarışı aparılır. Seçim müştəri üçün münasib qiymətə uyğun Azərbaycan tədarükçünün xeyrinə edilib. Biz yeni tərəfdaşın etibarlılığına əmin olmaq məqsədi ilə tam standart yoxlama aparırıq: qeydiyyat sənədlərini, rəyləri, əvvəlki sifarişlər üzrə CMR-i soruşuruq, gömrük bazası üzrə yoxlayırıq və s. Əgər Avropada bu yoxlama prosesi artıq heç kəsi təəccübləndirməsədə də, Azərbaycan reallıqlarında tədarükçüyə əvvəlcə bu prosedurların nə üçün lazım olduğunu başa salmaq lazımıydı. Axı burada biznes çox vaxt “mənim yaxşı tanışımın bir yaxşı tanışı mütləq hər şeyi çatdıracaq” prinsipi üzrə qurulur. Məhz buna görə də yükü təhlükəyə məruz qoymamaq üçün tədarükçülərlə iş üzrə şöbənin mütəxəssisləri tədarükçünü başdan ayağa yoxlayıblar. AsstrA-nın sığorta şöbəsi müştəri üçün ən yaxşı sığorta polisini seçib və müştəriylə yekun qiyməti razılaşdırdıqdan sonra artıq apreldə ilk maşınlar yüklənib.

- Həmin müştəri ilə işləməyin özünə xass xüsusiyyətləri olubmu?

- Müştərinin Azərbaycanda və ya Fransada yerləşməsindən asılı olmayaraq, tütün məhsulu və ya alkoqol kimi yüksəklikvidli yüklərin nəqli prosesində sakitlik və əminlik hər kəs üçün xüsusilə vacibdir. Buna görə də AsstrA Drinks and Tobacco şöbəsinin əməkdaşları həmişə proaktivliyə köklənirlər: yükün statusu haqqında məlumat müştəri istəməzdən qabaq təqdim edilir.

Biz bu safarişi reallaşdırarkən konvoy, müştərinin meneceri və sürücülərlə gecə-gündüz əlaqədə olmuşuq. Müştəri ilə saat qurşaqlarının müxtəlif olmasını nəzərə alaraq layihəyə cəlb edilmiş AsstrA əməkdaşlarının iş vaxtında düzəlişlər etmişik. Bu cür yanaşma müştəriyə bizim uzunmüddətli əməkdaşlıqda maraqlı olduğumuzu göstərib, nəticə olaraq aylıq göndərmələri xeyli artırmaq planlaşdırılır.

- Mariya, tütün məhsullarının logistikasında əsas olan nədir? Sizin bu biznesdə əsas üç qaydanız hansıdır?

- Birincisi – sınanmış və etibarlı nəqliyyat tərəfdaş. O, informasiya və təlimatı tez və adekvat qəbul etməlidir və başlıcası onları sürücüyə düzgün qaydada çatdırmalıdır.

İkincisi – avtomobillər texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Təsəvvür edin, əgər avtomobil dayansa, onunla birlikdə bütün karvan dayanacaq, bu isə vaxt itkisi, əlavə risklər və maliyyə xərcləri deməkdir. Müştərinin həyəcanlanmasını hələ demirəm. Siqaretlərin daşınması zamanı yükün həcmindən asılı olaraq, yaşı 10-dan çox olmayan tamamilə metaldan düzəldilmiş qoşqu ilə birlikdə avtomobillərə üstünlük verilir.

Və nəhayət üçüncüsü – nəqliyyat-logistika şirkətinin əməkdaşı hər bir mərhələdə logistika prosesini başa düşməlidir, texniki və hüquqi nüansları bilməlidir,bu cür yüksəklikvidli yükün daşınması zamanı məsuliyyəti dərk etməlidir.

Əlbəttə ki, hər şeyi həmişə bilmək mümkün deyil. Məhz buna görə də bu işdə AsstrA-nın komanda işi çox vacibdir. AsstrA komandası istənilən layihədə öz biliklərini, təcrübəsini bölüşür və öz gücünə inam verir.

“AsstrA-A ssociated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq şirkətlər qrupudur. Logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 18 ölkəsində təmsil olunub.

AsstrA müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal- ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən xidmətlərin tam kompleksini təqdim edir.

AsstrA ofislərin geniş təmsilçiliyi və peşəkarlarla əməkdaşlıq sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, eləcə də hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır.

AsstrA Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (BADA) üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Əlaqə üçün:

Email: [email protected],

Моб.: +994 55 813 59 74

WhatsApp & Viber: +48 576147796

Website: http://www.asstra.com/az/

Fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks

Məqalədə:
Xəbər lenti

Xəbər lenti