...

Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzaladı (FOTO)

İqtisadiyyat Materials 1 Oktyabr 2018 10:30 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin ilə iki ali təhsil müəssisəsi arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Razılaşma imzalayıb.
Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzaladı (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin ilə iki ali təhsil müəssisəsi arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Razılaşma imzalayıb.

BANM-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində ki ali təhsil müəssisəsinin əməkdaşlığı təhsil, elmi-tədqiqat və digər sahələri əhatə edəcək.

BANM-ın rektoru Elmar Qasımov Çin Neft Universiteti (Pekin) ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyərək bildirib ki, hər iki ali təhsil müəssisəsinin elmi-tədris maraqları, həmçinin təhsil üzrə fəaliyyətləri bir-birinə uyğundur.

Görüşdə Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin qeyd edib ki, iki universitetin elmi-tədqiqat və tədris fəaliyyəti üzrə əməkdaşlığı hər iki tərəf üçün faydalı olacaq, həmçinin, bağlanmış müqavilə gələcək əməkdaşlıq və birgə inkişafda çox böyük rola malik olacaq.

Tərəflər arasında imzalanmış Razılaşmaya əsasən BANM və Çin Neft Universiteti (Pekin) tədris və tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi üçün tələbələrin bakalavr və magistr səviyyəsində mübadiləsini, həmçinin, elmi fəaliyyət və təhsil prosesi üzrə təcrübə mübadiləsini həyata keçirəcək.

Görüşdə həmçinin ümumi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə mütəxəssis və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi, hər iki ali təhsil müəssisəsi tərəfindən təşkil olunan elmi iclaslarda və konfranslarda iştirak, elmi məqalələrin mübadiləsi, monoqrafiyaların, dərsliklərin, tədris materiallarının və elmi məqalələrin birgə hazırlanması məsələlərində razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti