...

Qaradağ Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib (FOTO)

İqtisadiyyat Materials 17 Oktyabr 2018 16:48 (UTC +04:00)

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 9 oktyabr 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yığıncağın işində Qaradağ RİH başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. S.Mikayılov, A.Hüseynov, Şuranın üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Hesabat məruzəsi ilə çıxış edən S.Mikayılov bildirib ki, Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayında ölkədə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı geniş nitqində ölkəmizin əldə etdiyi yüksək nailiyyətləri vurğulayıb. Belə ki, 2018-ci ilin doqquz ayında ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektoru 1 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artıb. Doqquz ayın yekunu üzrə ölkənin valyuta ehtiyatları 45 milyard dollar səviyyəsinə çatıb, ticarət dövriyyəsi 37 faiz artıb. 9 ay ərzində 85 min daimi iş yeri yaradııb.

Hesabat nitqində rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov Qaradağ rayonunun sosial-iqtisadi həyatında da yanvar-sentyabr ayları ərzində görülən işləri vurğulayaraq bildirib ki, sənaye sahəsində 793 mln 430 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 58 mln 499 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb. Bundan əlavə 2018-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 146 min manat həcmində xidmət göstərilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artıb, istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 185 mln 487 min manatlıq istehlak malları satılıb.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 547 mln 465 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,2 dəfə çox vəsait yönəldilib. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 157 mln 609 min manat həcmində əsas fondlar istifadəyə verilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 98 mln 340 min manat təşkil edib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artıb. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2018-сi ilin doqquz ayı ərzində 720 ailəyə ünvanlı sosial yardım təyin edilib. 2018-ci ilin doqquz ayında Rayon ərazisində hüquqi və fiziki şəxslər tərəfindən 1708 yeni iş yeri yaradılıb.

Sonra Hesabat məruzəsi ətrafında Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri A.Hüseynov, Rayon İcra Hakimiyyəti Başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Oqtay Sadıqov, Qaradağ Rayon Məşğulluq mərkəzinin direktoru Çapay İbrahimov məruzə ətrafında çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 31 iyun 2018-ci il tarixli, sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif olunan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Aydın Zəkiyev təbrik edilib.

Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov yekun vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti