...

Azərbaycan Sənaye Korporasiyası Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib (FOTO)

İqtisadiyyat Materials 9 Noyabr 2018 17:34 (UTC +04:00)
Azərbaycan Sənaye Korporasiyası Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib.
Azərbaycan Sənaye Korporasiyası Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirib (FOTO)

Bakı. Trend:

"Azərbaycan Sənaye Korporasiyası" ASC 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə "Bayraq günü uşaqların gözü ilə" ilə adlanan tədbir təşkil edib.

Trend-in məlumatına görə, tədbirdə valideyn himayəsindən məhrum olmuş və dövlətimizin himayəsində olan 60-a yaxın uşaq iştirak edib.

Əsas məqsədi uşaqlarda ölkənin vacib atributlarından sayılan bayrağa olan sevgini aşkarlamaq və onlara bu hissi aşılamaq olan tədbir çərçivəsində keçirilən yaradıcı rəsm saatında uşaqlar dövlət bayrağı mövzusunda əl işlərini təqdim ediblər.

Qeyd olunub ki, belə tədbirlər gələcəyimiz olan uşaqlarda Vətənə, milli dəyərlərə sevgini daha da artırmağa xidmət edir. Həmçinin bildirilib ki, uşaqlarda incəsənətə, rəsmə olan həvəsi aşkarlamaq, onlarda olan istedadı kəşf etmək və gələcəkdə bu istedadın daha da təkmilləşməsinə yardımçı olmaq tədbirin məqsədlərindən biridir.

Tədbirin sonunda uşaqlar üçün əyləncə proqramı nümayiş olunub və hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti