...

"Qazprom" "Türk axını" çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər

İqtisadiyyat Materials 22 Noyabr 2018 12:43 (UTC +04:00)
"Qazprom" "Türk axını" çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər.
"Qazprom" "Türk axını" çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər

Bakı. Trend:

Rusiyanın "Qazprom" şirkəti "Türk axını" layihəsi çərçivəsində Bolqarıstan, Macarıstan, Serbiya və Slovakiyaya qaz tədarük edə bilər.

Trend-in məlumatına görə, "Kommersant" qəzeti şirkətin bu ölkələrdə yeni boru kəmərləri gücünün bronlaşdırılması prosedurunda iştirak etdiyini yazır.

Oktyabr və noyabrda Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiyanın qaz nəqli operatorlarının onların gələcək gücünün ("open season") bronlaşdırılması çərçivəsində dərc olunmuş materialları göstərir ki, "Türk axını"nın ikinci xətti ilə Avropaya tədarük marşrutu bu ölkələrdən keçəcək.

Müvafiq prosedur Avropa qanunvericiliyinə uyğundur və yeni qaz kəmərlərinin tikintisi üçün zəruridir.

"Qazprom"un təklif edilən bütün istehsal güclərini əldə etməyi planlaşdırdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti