...

Əmək qanunvericiliyi ilə bağlı işəgötürənlərlə seminar-müşavirələr keçirilib (FOTO)

İqtisadiyyat Materials 26 Noyabr 2018 19:16 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti 10 şəhər və rayonun işəgötürənlərinin iştirakı ilə seminar-müşavirələr keçirib
Əmək qanunvericiliyi ilə bağlı işəgötürənlərlə seminar-müşavirələr keçirilib (FOTO)

Bakı. Trend:

Əmək qanunvericiliyi və onun tətbiqi barədə işəgötürənlər arasında məlumatlandırma və təbliğat işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti son bir həftədə Gəncə şəhərində, Şəmkir, Tovuz və Bakının Nərimanov rayonlarında ümumilikdə 10 şəhər və rayonun işəgötürənlərinin iştirakı ilə seminar-müşavirələr keçirib.

Gəncə şəhərində təşkil olunan seminar-müşavirədə bu şəhərin və Samux, Göygöl rayonlarının işəgötürənlərinə əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Tədbir zamanı işəgötürənlər müəssisələrində əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-rəsmi məşğulluq hallarına yol verilməməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.

“Azərxalça” ASC-nin Şəmkir filialında “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar" mövzusunda keçirilən seminar-müşavirədə qadınların əmək hüquqlarından geniş bəhs olunub. Əmək qanunvericiliyində qadınlarla bağlı əksini tapan güzəşt və əlavə təminatlar diqqətə çatdırılıb.

Tovuz, Qazax və Ağstafa rayonlarının işəgötürənlərinin iştirakı ilə Tovuz rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, Bakının Nərimanov rayonunda “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında təşkil olunan seminar-müşavirələrdə də iştirakçılara müvafiq mövzularda ətraflı məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti