...

Yeni “RAHAT” daha rahat! - VİDEO

İqtisadiyyat Materials 30 Noyabr 2018 11:00 (UTC +04:00)
Hər birimizin doğma məkanına çevrilən “RAHAT” supermarketini artıq fərqli dizaynda görəcəksiniz.
Yeni “RAHAT” daha rahat! - VİDEO

Bakı. Trend:

Ölkənin ən sevimli “RAHAT” marketlər şəbəkəsi 2009-cu ilin may ayının 12-də yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlayıb. Biznes fəaliyyətinə “RAHAT” ticarət markası ilə başlayan şəbəkə həmin tarixdə özünün ilk layihəsini reallaşdırıb. Uğurlu investisiya siyasəti nəticəsində şirkət qısa bir zamanda Azərbaycanın ən böyük marketlər şəbəkələrindən birini yaratmağa nail olub.

Hər birimizin doğma məkanına çevrilən “RAHAT” supermarketini artıq fərqli dizaynda görəcəksiniz. Yenilikləri ilə daim müştərilərinin rəğbətini qazanan supermarket loqosunu dəyişdirərək sizə daha yaxın oldu.

Paytaxtın müxtəlif ərazilərində açılan filiallarımız yaxınlığı ilə yanaşı, sözün əsl mənasında həm də daha rahat oldu. Bakı şəhərinin müxtəlif nöqtələrində, hal-hazırda “ANC GROUP” MMC-nin tərkibində fərqli markalar altında fəaliyyət göstərən 38 marketdən 19-u “RAHAT” brendi altında fəaliyyət göstərir.

Supermarketimizin Bakıda yerləşən filiallarının ünvanı:

1. Nəsimi rayonu, Papanin (Ceyhun Səlimov 7, Hərbi Hospitalın yanı)

2. Xəzər rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 2B

3. Abşeron rayonu, Bakı-Şamaxı şosesi 16-ci km., Müşfiqabad qəsəbəsinə gedən yolun üstündə, yolun sağ tərəfində, Köhnə Sevil massivi ilə üz-üzə

4. Binə qəsəbəsi, Sovxoz şosesi 3-cü km, İmam Həsən (ə) Məscidinin yaxınlığında. (“Xəzər İnşaat”ın köhnə binası)

5. Yasamal rayonu, “Baku Mall” AVM – Qələbə dairəsi, Həsən Bəy Zərdabi 69.

6. Nizami rayonu, R.Rüstəmov küç. 2520, Neftçilər metrosunun yaxınlığı, “Star” əyləncə kompleksinin yanı, “Azpetrol” YDM-si ilə üzbəüz

7. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 61, Köhnə bazarın yeri

8. N.Nərimanov rayonu, Azadlıq prospekti 116, (47 saylı məktəblə üzbəüz, Azadlıq-İnqilab küçələrinin kəsişməsi)

9. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əzizbəyov küç. 1C, (Mehdiabad qəsəbəsinə çatmamış, yolun solunda)

10. N.Nərimanov rayonu, Faiq Yusifov küç. 51A, Keşlə bazarının yaxınlığı, Pekin restoranının yanı

11. Nəsimi rayonu, İnqilab, Həsən Əliyev 12B, Köhnə TQDK-nın yanı

12. Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küç., “Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi

13. Sabunçu rayonu, Sabunçu qəsəbəsi (Köhnə passaj bazarının yeri, 3 nömrəli Sabunçu xəstəxanasının yaxınlığı)

14. Binəqədi rayonu, “Azadlıq” metrostansiyasının yanı, “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi

15. Nizami rayonu, Q.Qarayev küç. 74, “Neftçilər” metrostansiyasının yanı, Ev bazarının yanı

16. Xəzər rayonu, Buzovna Ş.T. Qəsəbə, Buzovna qəsəbəsinin girişi, Bilgəhə gedən yol

17. Xəzər rayonu, Qala küç. 15, Qala qəs. döngəsi, Mərdəkan Şosesi, “SOCAR” YDM-dən sonra, yolun sağında

18. Binəqədi rayonu, Sumqayıt şosesi 3-cü km., DYP-nin Ekologiya Postuna çatmamış, “Lukoil” YDM-nin yanı

19. N. Nərimanov rayonu, Təbriz küç., “Metropark” AVM-in 1-ci mərtəbəsi, “N.Nərimanov” metrostansiyasının yanı.

Qeyd edək ki, müştərilərinə yüksək səviyyəli xidmət göstərmək və münasib qiymətə keyfiyyətli məhsul təqdim etmək şirkətin əsas məqsədidir.

“ANC GROUP” MMC öz əməkdaşlarının maddi və sosial fəaliyyətinin, həmçinin iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə dair planlar hazırlayır və perspektiv vəd edən gənclərə investisiya yatırır.

Niyə məhz “RAHAT” market? Cavab sadədir – “RAHAT” market yanınızdadır, “RAHAT” marketdə qiymətlər münasibdir, məhsullarımızın çeşidi geniş və müxtəlifdir, müştərilər üçün böyük endirim və hədiyyə günləri, müxtəlif lotereya və maraqlı aksiyalar keçirilir.

Biz hər zaman müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yaxşılaşdırılması üçün çalışırıq. Buna görə də bütün müştərilərimizin iradlarını dinləyib ən qısa zamanda yaranan problemləri həll etməyə, həmçinin onların təkliflərini müzakirə edib həyata keçirməyə hazırıq.

Yeni “RAHAT” daha rahat!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti