...

Telefon qovşaqlarının adları dəyişdirilib

İqtisadiyyat Materials 30 Noyabr 2018 12:55 (UTC +04:00)
"Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir.
Telefon qovşaqlarının adları dəyişdirilib

Bakı. Trend:

"Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir.

MMC-dən Trend-ə verilən məlumata görə, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Məlumat üçün bildirək ki, "Bakı Telefon Rabitəsi" MMC-nin şəbəkəsində mövcud olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərilir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirmə və ödənişlərin qəbulu həyata keçirilir.

Qeyd edək ki, 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunaraq “Bakı Telefon Rabitəsi” MMC-yə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti