...

Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır

İqtisadiyyat Materials 10 Dekabr 2018 21:48 (UTC +04:00)
"BakuBus" MMC sürücü vəzifəsinə növbəti işə qəbul elan edib.
Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır

Bakı. Samir Əli - Trend:

"BakuBus" MMC sürücü vəzifəsinə növbəti işə qəbul elan edib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, iş üçün "D" kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Vətəndaşlara işə qəbul barədə ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng etmək tövsiyə olunur.

Qeyd edək ki, dekabrın 1-dən "BakuBus" MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.

Sürücülər "BakuBus" MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti