...

Gün ərzində Bakının bu ərazilərində qaz olmayacaq

İqtisadiyyat Materials 11 Dekabr 2018 09:05 (UTC +04:00)
Bu gün Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Gün ərzində Bakının bu ərazilərində qaz olmayacaq

Bakı. Trend:

Bu gün Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonu, Ukrayna dairəsindən, Neapol dairəsinə qədər yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mövcüd şəbəkəyə qoşulması, R.Quliyev, M.Rüstəmov küçələrində yeraltı diametri 108 və 159 mm-lik qaz xətlərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması eləcə də tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar, saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Azadlıq, Mədinə Gül-Gün, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov, Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti