...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 24 Dekabr 2018 10:57 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.14$-ın altında ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət sözügedən səviyyənin altında qalarsa, 1.13$-a kimi də dəyər itirə bilər.

Bununla yanaşı, “Milad bayramı” ilə əlaqədar olaraq bu həftə foreks maliyyə alətlərində ticari aktivlik zəifləyə bilər.

GBP

GBP/USD məzənnəsi də Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit danışıqları fonunda təzyiq altında qalmaqda davam edir. Beləliklə, 1.27$-ın altında təklik edilən GBP/USD məzənnəsi, bu səviyyənin altında qalarsa, 1.25$-a kimi də ucuzlaşa bilər.

TRY

Türkiyə maliyyə bazarlarında da dollar bahalaşır. 5.31TL-yə ticarət edilən USD/TRY məzənnəsi, 5.32TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.40TL-yə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

OIL

Avropanın Brent markalı neftinin qiyməti dünya bazarlarında tələbin azalması ilə 54$-a kimi ucuzlaşıb. Qiymət 53$-ı da aşağı istiqamətdə qırarsa, 50$-a kimi də dəyər itirə bilər.

Bu həftənin cümə günü saat 20:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1266$-ı (40.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1284$-a (41.3 $/qram) kimi də dəyər qazana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti