...

"Standard & Poor’s" PAŞA Bank-ın yüksək reytinqini növbəti dəfə təsdiq edib

İqtisadiyyat Materials 18 Yanvar 2019 13:47 (UTC +04:00)
"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank-ın yüksək reytinqini növbəti dəfə təsdiq edib.
"Standard & Poor’s" PAŞA Bank-ın yüksək reytinqini növbəti dəfə təsdiq edib

Bakı. Trend:

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank-ın yüksək reytinqini növbəti dəfə təsdiq edib. Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") "ВВ-" səviyyəsində, qısamüddətli EDR - "B" səviyyəsində təsdiq olunub.

Reytinqin təsdiqi, korporativ kreditləşmə seqmentində PAŞA Bank-ın bazar payının, oxşar maliyyə institutları ilə müqayisədə coğrafi diversifikasiya göstəricilərinin, bank aktivlərinin keyfiyyətinin və digər əsas göstəricilərin qiymətləndirilməsinə əsaslanır.

PAŞA Bank-ın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib ki, "Standard & Poor's" agentliyi tərəfindən yüksək reytinqin növbəti dəfə təsdiqlənməsi Bankın beynəlxalq ekspertlər icması arasında Azərbaycanın aparıcı maliyyə qurumlarından biri kimi qəbul edildiyini bir daha sübuta yetirir:

"Ekspertlər təkcə Bankın stabilliyini və güclü bazar mövqeyini deyil, həmçinin, PAŞA Bank-ın Azərbaycan, Türkiyə və Gürcüstanda işgüzar coğrafiyasının keyfiyyət dərəcəsinin genişləndirilməsini bir daha təsdiq etdilər. Bütün bunlar mövqeyimizin regional korporativ investisiya bankı və real sektorun etibarlı tərəfdaşı qismində güclənməsinə imkan verir".

Qeyd edək ki, bu reytinq Azərbaycanın 100% yerli kapitallı bütün özəl banklar arasında əldə edilən ən yüksək reytinqlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti