...

Ötən il Azərbaycanda nə qədər balıq ovlandığı məlum olub

İqtisadiyyat Materials 7 Fevral 2019 15:26 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda balıq və digər su bioloji resursları ovu ilə bağlı məlumat açıqlanıb.

Trend-in məlumatına görə, balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2018-ci ildə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1707,1 ton kvotaya qarşı 1614,1 ton və ya 2017-ci illə müqayisədə 67,3 faiz çox balıq ovlanıb. Ovlanmış balığın 1072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti