...

Millət vəkili: Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir

İqtisadiyyat Materials 21 Fevral 2019 17:22 (UTC +04:00)
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir.
Millət vəkili: Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir

Bakı. Samir Əli - Trend:

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputat qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi yeni qaz mənbələrini cəlb etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına şərait yaradır.

R.Əliyev layihə üzrə Məşvərət Şurasının ötən gün Bakıda keçirilən 5-ci toplantısına diqqət çəkərək bildirib ki, Avropada Azərbaycan qazına maraq daha da artır:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu layihə Avropa İttifaqının enerji təhlükəsizliyinin, iqtisadi sabitliyinin, eləcə də milli təhlükəsizliyinin qorunub saxlanılmasını təmin edən amillərdən birinə çevrilib".

Millət vəkili vurğulayıb ki, layihə Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinin strateji xarakter daşıdığını göstərir və Azərbaycanın dünyada durmadan artan nüfuzunun göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti