...

BP D230 blokunda seysmik işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin layihə variantının müzakirəsi üçün ictimaiyyətlə görüş keçirəcək

İqtisadiyyat Materials 27 Fevral 2019 08:00 (UTC +04:00)
BP operator olaraq elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək
BP D230 blokunda seysmik işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin layihə variantının müzakirəsi üçün ictimaiyyətlə görüş keçirəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

BP operator olaraq elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir.

Görüş 5 mart 2019-cu il tarixində saat 10:00-12:00-dək “HOLIDAY INN” mehmanxanasının (ünvan: Bakı, Kövkəb Səfərəliyeva küçəsi 5), “Bakı 2” iclas zalında keçiriləcək.

Həmin sənədin nüsxələri və müvafiq rəy formaları 1 fevral 2019-cu il tarixindən ictimaiyyətin tanış olması və istifadəsi üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

  • BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
  • M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
  • Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
  • Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a
  • Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyli küçəsi 5; Qoqol küçəsi 2
  • Libraff kitab mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku)
  • Bakı Ali Neft Məktəbinin kitabxanası: Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)

Bundan əlavə, sənədin tam layihə versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) BP-nin vebsaytında yerləşdirilib:

https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html.

BP həmçinin ictimaiyyətin nümayəndələrini sənədin layihə versiyası ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər həm görüş zamanı, həm də www.bp.com/caspian vebsaytına daxil olmaqla və ya [email protected] elektron ünvanına məktub göndərməklə təqdim oluna bilər.

Əlavə məlumat üçün BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova ilə əlaqə saxlamağınız xahiş olunur:

e-poçt: [email protected]; telefon: (012) 4046919 və ya (055) 2259013

Məqalədə:
Xəbər lenti

Xəbər lenti