...

Cavid Qurbanov: Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin artırılması üçün böyük potensial var (FOTO)

İqtisadiyyat Materials 27 Fevral 2019 16:16 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib.

QSC-dən Trend-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri S.Mınbayev çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti