...

Latviyalı nazir: Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq (ÖZƏL)

İqtisadiyyat Materials 18 Mart 2019 09:13 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Latviya Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Latviyanın xarici işlər naziri Edqar Rinkeviç deyib.

O bildirib ki, tranzit Latviya iqtisadiyyatının vacib hissəsidir:

“Bu sahə bizim ümumi daxili məhsulun 3 faizini təşkil edir. Bu sektorun vacibliyini qəbul etməklə, Latviya öz imkanlarının genişlənməsi və tərəfdaşlarına daha keyfiyyətli xidmətlər göstərmək üzərində daim işləyir. Nəqliyyat şəbəkəsinin və infrastrukturun təkmilləşməsi həm də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” siyasətinin prioritetidir”.

Nazir qeyd edib ki, Latviya Asiya, Mərkəzi Asiya, Qara dəniz ölkələri və Şimali Avropa arasında Azərbaycanla yerüstü nəqliyyat əlaqələri üzrə əməkdaşlıqda maraqlıdır:

“Azərbaycan ərazisindən iki vacib beynəlxalq nəqliyyat dəhlizi keçir: Baltik dənizinə çıxışı olan “Şimal-Cənub” beynəlxalq dəhlizi və Xəzər dənizi ilə Qara dəniz arasında strateji əlaqə yaradan və “Yeni İpək yolu”nun hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA)”.

Onun sözlərinə görə, Azərbaycan Avrasiyada yeni nəqliyyat marşrutlarının inkişafında Latviyanın vacib tərəfdaşıdır:

“Latviya və Azərbaycanın dəmir yolu və liman infrastrukturunda ümumi maraqları var və hər iki ölkə bu əməkdaşlıqdan qazanacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti